«Azərsu» Masallı rayonunun 38 kəndini su ilə təmin edəcək - FOTO

«Azərsu» Masallı rayonunun 38 kəndini su ilə təmin edəcək - <span style="color: red;">FOTO
# 02 sentyabr 2013 12:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Azərsu» ASC Bakı şəhəri ilə yanaşı, regionlarda da əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə tədbirlər həyata keçirir.

Cəmiyyətin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2009-2013-cü illər) uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində genişmiqyaslı işlər həyata keçirilir. Belə layihələrdən biri də Masallı rayonunun 23 kəndini əhatə edir.

Rayonun Muğanlı zonasında yerləşən və içməli su problemi yaşayan Şərəfə, Həsənli, Hacıtəpə, Sığıncaq, Ərəb, Xırmandalı, Məmmədxanlı, Təkdam, Köçəkli Kürdəbazlı, Eminli, Qarğalıq, Şəhriyar, Dəlləkli, Xallıcalı, Ağakişibəyli, Bala Təklə, Alışanlı, Ətçələr, Birinci Səmədxanlı, İkinci Səmədxanlı, Təklə, Qədirli kəndlərinin su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılıb.

Masallı rayonunun 23 kəndində 30 mindən çox sakinin su təchizatının yaxşılaşdırılmasına hesablanmış layihənin icrasına avqust ayında başlanılıb. Layihəyə əsasən, kənd sakinlərinə içməli su Viləşçay hövzəsində inşa edilən sutəmizləyici qurğudan veriləcək. Yaşayış məntəqələrini özüaxımlı rejimdə su ilə təmin etmək üçün ümumi həcmi 10 min kubmetr olan 2 su anbarı tikiləcək. Su mənbəyindən yaşayış məntəqələrinə müxtəlif diametrli borularla 19,4 km uzunluğunda magistral su xəttinin çəkilməsi nəzərdə tutulub.

Layihənin icrasına başlanandan indiyədək magistral xəttin 2,5 km-lik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb. İlkin mərhələdə kəndlərdə bulaqlar quraşdırılacaq, növbəti mərhələdə kənddaxili paylayıcı şəbəkə qurulacaq. Layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Növbəti mərhələdə anbar kompleksindən Ərkivan-Qızılağac kəndləri istiqamətində ikinci magistral su xəttinin çəkilməsi də planlaşdırılır. Bu xətt istismara veriləndən sonra Masallı rayonunun bu mənbədən su alan kəndlərinin sayı 38-ə, əhalinin sayı isə 50 min nəfərə çatacaq. Yeni layihə «Azərsu»nun Təxirəsalınmaz Tədbirlər Planına uyğun olaraq icra edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR