Kiyevdə etirazlar başlanandan 1200-dən çox insan xəsarət alıb

Kiyevdə etirazlar başlanandan 1200-dən çox insan xəsarət alıb
# 30 yanvar 2014 21:22 (UTC +04:00)

Bakı-APA. Kiyevdə kütləvi iğtişaşlar başlanandan 1200-dən çox etiraz aksiyası iştirakçısı xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kiyev şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“2013-cü ilin noyabrın 30-dan 20014-cü ilin yanvarın 30-dək 1231 etiraz aksiyası iştirakçısına tibbi yardım göstərilib, onlardan 681 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda 63 kütləvi aksiya iştirakçısı xəstəxanalarda stasionar müalicə almaqdadır”, deyə məlumatda deyilir.

Xatırladaq ki, Ukrayna Baş Prokuroluğunun ötən gün yayılan bəyanatında Ukraynada kütləvi etiraz aksiyaları zamanı 234 nəfərin saxlanıldığı, onlardan 140 nəfərin həbs olunduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR