BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Təhlükəsizlik Şurasında çıxış edəcək

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Təhlükəsizlik Şurasında çıxış edəcək
# 13 mart 2014 00:12 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, martın 13-də baş tutan tədbir bağlı qapılar arxasında keçiriləcək.

Sonuncu dəfə Lahdar Brahimi Nyu-Yorkda 2013-cü ilin sentyabrında, BMT Baş Assambleyasının 68-ci sessiyasının “nazirlər həftəsində” iştirak edərək TŞ-nın daimi üzvləri olan Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransanın xarici işlər nazirləri ilə gizli məsləhətləşmələr aparıb.

Bununla belə, fevralın 11-də başa çatmış Cenevrə danışıqlarının gələcək taleyi bəlli deyil. Xatırladaq ki, danışıqlar martın əvvəlində bərpa olunmalı idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR