Mübariz İbrahimov həlak olduğu səngərdə yad edilib - FOTO

Mübariz İbrahimov həlak olduğu səngərdə yad edilib - <span style="color: red;">FOTO
# 18 iyun 2014 19:28 (UTC +04:00)

APA-nın Qarabağ bürosu xəbər verir ki, qonaqlar sözügedən istiqamətdə hərbi qulluqda olan əsgərlərlə görüşüb, onlarla fikir və düşüncələrini bölüşüblər. Daha sonra hərbi xidmətdə fərqləndiyinə görə bir neçə hərbi qulluqçu müxtəlif hədiyyələrlə mükafatlandırlıb. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqib Abbasov bildirib ki, bu səfər 26 iyun Azərbaycan silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibətilə Gənclər və İdman Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirin məqsədlərindən biri də, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.4 bəndinin icrasını reallaşdırmaqdır.

Xatırladaq ki, Azərbaycan Milli Qəhrəmanı gizir Mübariz İbrahimov 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində təkbaşına qoşunların təmas xəttinin Tərtər istiqamətində iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Ğlümündən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR