Azərbaycan İstiqlal Muzeyində Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş sərgi açılıb - FOTOSESSİYA

Azərbaycan İstiqlal Muzeyində Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş sərgi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 28 yanvar 2014 10:29 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərginin açılışı olub.

APA-nın məlumatına görə, sərgidə tarixçi Ədalət Tahirzadənin şəxsi arxivindən 30 ədəd fotoşəkillər, muzeyin fondunda saxlanılan kitablar, sənədlər nümayiş olunur.

Muzeyin direktoru Fəridə Şəmsi, AMEA - nın Şərqşünaslıq İnstitunun aparıcı elmi işçisi Solmaz Rüstəmova-Tohidi, Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, BDU-nun dosenti Nəsiman Yaqublu, M. Ə. Rəsulzadənin nəvəsi, rəssam Rəis Rəsulzadə, Milliyyətçi Gənclər Təşkilatının üzvü Elşən İsmayılov açılışda çıxış ediblər.

Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından, İstiqlal Hərəkatının üzləşdiyi çətinliklərdən, Rəsulzadənin Azərbaycan Cümhuriyyətini yaratmaqla dünya siyasi xəritəsinə Azərbaycan adlı dövləti yazmasından bəhs ediblər. O cümlədən Rəsulzadənin xatirə muzeyinin açılmasının, abidəsinin qoyulmasının dövlət tərəfindən bu istiqamətdə tədbirlər görülməsinin vacibliyi də qeyd olunub.

Sonda M. Ə. Rəsulzadəyə həsr olunan videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələrinin ailə üzvləri və tarixçilərlə yanaşı Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri də iştirak edib.

Sərgi fevralın 5-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR