Səhiyyə sistemində distant təhsil və videoməsləhətləşmələrin tətbiqinə başlanıb

Səhiyyə sistemində distant təhsil və videoməsləhətləşmələrin tətbiqinə başlanıb
# 25 iyun 2013 10:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA . Səhiyyə Nazirliyinin Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant tədris e-works xüsusi sistemi ilə həyata keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, informasiyalar müdavimlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerliş və s. formalarda təqdim olunur.

Tədrisdə son model kompüterlər, proyektorlar, audio-video vəsaitlər, multimedia texnikası və s. vəsaitlərdən istifadə edilir. Tədris 5 kafedra (terapiya, pediatriya, ailə təbabəti, mama ginekologiya, cərrahiyyə ixtisasları) üzrə Qəbələ, Qazax, Şirvan, Lənkəran, Bərdə, Zaqatala, Quba, Göygöl, Yevlax, Hacıqabul, Quba, Bərdə, Şəmkir, Cəlilabad, Şirvan, Şəki, Salyan, Şamaxı, və s. bölgələrdə tətbiq edilib.

Yaradılmış texniki imkanlar sayəsində həkimlərin interaktiv təhsilini həyata keçirmək, habelə respublikadakı müasir tibb mərkəzlərində, xarici ölkələrdə, keçirilən diaqnostik müayinələri və əməliyyatları indiki zaman anında izləmək mümkündür.

Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu həm daxili və həm də müxtəlif xarici ölkələrdəki səhiyyə təşkilatları ilə əməkdaşlıq edir, həmin təşkilatlardakı professor və müəllim heyəti ilə videoməsləhətləşmələr aparır. Bu məsləhətləşmələrdə pasiyent haqqında lazım olan tibbi informasiyanı həm qəbul etmək və həm də ötürmək imkanları var. Planlı məsləhətləşmələr xəstə haqqında məlumatı vaxtında və qabaqcadan öyrənərək müəyyən sürətli nəticələr əldə etmək imkanı verir. Bu məsləhətləşmələrdə xəstənin qohumları da iştirak edə bilir, Hansı ki, bu da məsləhətçiyə xəstənin həyat göstəriciləri haqqında daha dəqiq informasiya almaq və pasiyentin vəziyyəti ilə əlaqədar qəti qərara gəlmək imkanı verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR