Azərbaycanın Niderlanddakı səfirliyində 28 May - Respublika Günü münasibətilə qəbul keçirilib - FOTO

Azərbaycanın Niderlanddakı səfirliyində 28 May - Respublika Günü münasibətilə qəbul keçirilib - <span style="color: red;">FOTO
# 29 may 2014 13:13 (UTC +04:00)

Bakı - APA. 28 May - Respublika Günü münasibətilə Azərbaycanın Niderland Krallığındakı səfirliyində təntənəli qəbul keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Niderland Krallığının Xarici İşlər, Ədliyyə və Təhlükəsizlik, Ətraf Mühit və İnfrastruktur nazirliklərinin, eləcə də digər dövlət qurumlarının, Haaqa şəhər meriyasının təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, ölkənin biznes və elmi dairələrinin, holland ictimaiyyətinin təmsilçiləri, Benilüks Azərbaycanlıları Konqresi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin üzvləri iştirak ediblər.

Qəbul zamanı qonaqlara Azərbaycanın hazırkı sosial-iqtisadi inkişafı barədə videoçarx nümayiş etdirilib, milli musiqi səsləndirilib. Tədbirin sonunda geniş ziyafət verilib, milli mətbəxin təamları qonaqlara təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR