Ukrayna Nazirlər Kabinetinin işçiləri hökumət binasına daxil ola bilməyiblər

Ukrayna Nazirlər Kabinetinin işçiləri hökumət binasına daxil ola bilməyiblər
# 09 dekabr 2013 07:57 (UTC +04:00)

APA-nın “Segodnya” saytına istinadən verdiyi məlumata görə, hökumət binalarına gedən yollarda barrikadalar quran müxalifət tərəfdarları hökumət işçilərini binaya buraxmayıblar. Nəticədə məmurlar geri dönməyə məcbur olublar. Rəsmi orqanların yerləşdiyi küçələrdə nəqliyyatın hərəkəti da dayanıb.

Qeyd edək ki, dekabrın 8-də Kiyevin Müstəqillik meydanında yüz minlərlə insanın iştirakı ilə keçirilən mitinqdə Prezident Administrasiyası, Nazirlər Kabineti və Ali Radanın binaları başda olmaqla, bütün dövlət orqanlarını binalarının mühasirəsinin daha da sərtləşdirilməsi qərara alınıb. Bu binaların ətrafında barrikadalar qurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR