Səməd Vurğunun Fəxri xiyabanda məzarı ziyarət olunub

Səməd Vurğunun Fəxri xiyabanda məzarı ziyarət olunub
# 21 mart 2014 12:49 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Martın 21-də xalq şairi Səməd Vurğunun anadan olmasının 108-ci ildönümü münasibətilə şairin Fəxri xiyabanda məzarı ziyarət olunub.

APA-nın məlumatına görə, mərasimdə ziyalılar, ədəbiyyat xadimləri, məktəblilər iştirak ediblər.

Səməd Vurğunun ev-muzeyinin direktoru Aygün Vəkilova mərasimdə çıxış edərək bildirib ki, şairin ədəbi və mənəvi irsinə Azərbaycan xalqı və dövləti tərəfindən həmişə diqqət və qayğı olub.

A. Vəkilova qeyd edib ki, prezident İlham Əliyevin sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şairin ev muzeyində əsaslı təmir-bərpa və bədii tərtibat işləri həyata keçirilib. Bu il martIn 5-də şairin ev-muzeyi əsaslı təmirdən sonra ziyarətçilərin ixtiyarına verilib.

Anım tədbirində “Qazax” Xeyriyyə Cəmiyyətinin sədr müavini Rövşən Babanlı, şair Oqtay Rza, rəssam Qafar Sarıvəlli və başqaları çıxış edərək Səməd Vurğunun həyat və yaradıcılığı haqqInda fikirlərini bölüşüblər.

Mərasimin sonunda məktəblilər S. Vurğunun şeirlərini səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR