Azərbaycanda sement istehsalı 40% artıb

Azərbaycanda sement istehsalı 40% artıb
# 18 iyun 2014 08:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulların həcmi 16,7% artaraq 158,3 mln. manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 5 ayı ərzində ölkədə 1 092,9 min ton sement istehsal edilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 40,1% çoxdur. Nəticədə iyunun 1-nə 78,3 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində 137,7 min ton tikinti kərpici istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,7% çoxdur. Nəticədə iyunun 1-nə 9,4 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu dövr ərzində ölkədə asfalt istehsalı da 12,7% artaraq 133,5 min tona çatdırılıb. Bu il ərzində betondan yığma tikinti konstruksiyalarının istehsalı 7,8% artaraq 13,8 min kubmetr olub ki, nəticədə iyunun 1-nə 1,1 min kubmetr hazır məhsul ehtiyatı yaranıb. Həmçinin bu müddət ərzində hörmə üçün hazır beton qarışığının istehsalı da 13,6% artaraq 594,7 min ton təşkil edib.

Bu ilin yanvar-may aylarında ölkədə tikinti qipsinin istehsalı azalıb. Belə ki, bu il ərzində ölkədə 41,9 min ton bu tikinti materialından istehsal edilib ki, bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 49,8% azdır. Həmçinin 5 ay ərzində Azərbaycanda 1 475,7 ton emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar istehsal edilib ki, bu da 2013-cü ilin 5 ayının göstəricisindən 64,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR