Barak Obama: “İrana qarşı yeni sanksiyalar tətbiq ediləcəyini düşünmürəm”

Barak Obama: “İrana qarşı yeni sanksiyalar tətbiq ediləcəyini düşünmürəm”
# 21 yanvar 2014 12:56 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İrana qarşı yeni sanksiyalar tətbiq ediləcəyini düşünmürəm”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama “The New Yorker” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ Konqresində İrana qarşı yeni sanksiyalar tətbiq olunmasına dair qərar alınsa, ona veto qoyacaq: “Yalnız ABŞ Konqresinin nümayəndələri deyil, xalq da tarixi olaraq İrana şübhə və düşmənçiliklə baxır. ABŞ Konqresinin üzvləri İsrailin təhlükəsizliyi haqqında söylədikləri mövzusunda çox həssasdırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR