Rauf Mirqədirovla bağlı növbəti dəfə məhkəməyə müraciət edilib

Rauf Mirqədirovla bağlı növbəti dəfə məhkəməyə müraciət edilib
# 29 may 2014 12:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan jurnalist Rauf Mirqədirovla bağlı növbəti dəfə məhkəməyə müraciət edilib.

Vəkil Elmar Süleymanovun APA-ya verdiyi məlumata görə, istintaq orqanı tərəfindən Rauf Mirqədirova Türkiyədə vəkil tutmaq üçün etibarnamə verilməsinə icazə verilməyib: “Rauf Mirqədirov Türkiyədən ekstradisiya olunarkən hüquqları pozulub. Rauf Mirqədirovun Türkiyədə pozulmuş hüquqlarını müdafiə etmək üçün həmin ölkədə vəkil tutmaq lazımdır. Bunun üçün Rauf Mirqədirov etibarnamə verməlidir. Lakin cinayət işini aparan müstəntiq onun etibarnamə verməsinə icazə vermədi. Biz həmin qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət etmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR