Sabirabad rayonunda yanğın olub

Sabirabad rayonunda yanğın olub
# 12 aprel 2014 02:03 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayon mərkəzindən 8 km aralıda yerləşən Qaralar kəndində vətəndaşa məxsus ümumi sahəsi 2340 kv.m olan, hal-hazırda fəaliyyət göstərməyən cücə sexinin içərisinə səpələnmiş saman 1340 kv.m sahədə və 100 kv.m sahədə tezalışan maddələrdən ibarət tavan yanıb.

Cücə sexinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR