Pakistanda futbol meydançasının yanında törədilmiş partlayış nəticəsində 11 nəfər ölüb

Pakistanda futbol meydançasının yanında törədilmiş partlayış nəticəsində 11 nəfər ölüb
# 07 avqust 2013 03:57 (UTC +04:00)

Bakı-APA. Pakistanın cənubunda futbol meydançasının yanında motosikletin partladılması nəticəsində 11 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

APA-nın “BBCi”yə istinadən verdiyi xəbərə görə, terror aktı Karaçi çəhərində baş verib.

Partlayıcı qurğu yerli məmur Cavid Naqorinin avtomobilinin yaxınlığında işə salınıb. Hadisə nəticəsində məmurun xəsarət almadığı bildirilir.

Məlumata görə, ölən və yaralananlar arasında 6-15 yaşlarında uşaqlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR