«Atəşgah» sığorta şirkəti Keyfiyyət Menecmenti ilə bağlı beynəlxalq sertifikatlaşmanı başa çatdırıb

«Atəşgah» sığorta şirkəti Keyfiyyət Menecmenti ilə bağlı beynəlxalq sertifikatlaşmanı başa çatdırıb
# 15 may 2013 15:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta şirkəti beynəlxalq sertifikasiya orqanı olan «Total Quality Certification Services International Pty Ltd.» tərəfindən keçirilən Keyfiyyət Menecmenti sisteminin ISO 9001:2008 keyfiyyət standartının tələblərinə uyğun olaraq, təkrar sertifikatlaşmanı müvəffəqiyyətlə başa vurub.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Atəşgah» Azərbaycanda keyfiyyət menecmenti sistemi üzrə ISO 9001:2000 standartının tələblərinə müvafiq olaraq sertifikatlaşmanı 2003-cü ildə keçən ilk sığorta şirkətidir.

Qeyd edilir ki, müasir bazar münasibətləri şəraitində ISO 9001 beynəlxalq sertifikatlaşma seriyasına uyğun olaraq, keyfiyyətin menecmenti sisteminin tətbiqi müştəri cəlb etməyin yollarından biri olmaqla yanaşı, həm də şirkətin rəqabət və ödəmə qabiliyyətini sübut edən tutarlı dəlildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR