Sumqayıtda seyf oğrusu yaxalanıb

Sumqayıtda seyf oğrusu yaxalanıb
# 01 oktyabr 2013 10:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Sumqayıtda bir firmadan içərisində pul və sənədlər olan seyfi oğurlayan şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də “İnteryer” firmasına məxsus, içərisində 7400 dollar pul, ştamp, möhürlər və sənədlər olan seyfi oğurlamış Saray qəsəbə sakini Kamran İsgəndərov yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR