Bakıda vergi borcuna görə optika mağazası və yeməkxananın əmlakı siyahıya alınıb

 Bakıda vergi borcuna görə optika mağazası və yeməkxananın əmlakı siyahıya alınıb
# 29 oktyabr 2013 12:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Vergilər Nazirliyi daha bir neçə borclu vergi ödəyicilərinin əmlakını siyahıya alıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri Vergilər Departamenti Vergi borclarının alınması İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi,510-cu məhəllə, ev 13A, mənzil 25 ünvanında yerləşən, fiziki şəxs Elnur Xanhüseyn oğlu Şahverənovun icarəyə götürdüyü «Optimal» kosmetika və parfümeriya mağazasında əmlakın siyahıya alınması həyata keçirilib.

Mağazanın fəaliyyəti araşdırılarkən, onun 1 724 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Bu ilin oktyabr ayında Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi mağazadakı əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və 1790 manatlıq müxtəlif növ parfümeriya ləvazimatları müəyyən edilmiş qaydada siyahıya alınıb.

Həmin gün Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi,133 ünvanda yerləşən fiziki şəxs Mahir Sərdar oğlu Tağıyeva məxsus «Perfetto» yeməkxanasında da əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Mağazanın 1 690 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və 2 min manatlıq mebel dəstləri siyahıya alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR