Azərbaycan-İran Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Azərbaycan-İran Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
# 15 dekabr 2013 18:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Dekabrın 16-da Bakıda Azərbaycan-İran Hökumətlərarası Komissiyasının iclası keçiriləcək.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu səbəbdən İran Xarici İşlər Nazirliyinin hüquqi məsələləri üzrə idarəsinin rəisi Əlirza Cahangirinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 15-də Bakıya gəlib. Toplantıda ikitərəfli əlaqələr və iki ölkə arasında mövcud olan sərhəd məsələlərinin araşdırılması, eləcə də yeni salınmış Culfa körpüsünün istifadəyə verilməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin APA-ya açıqlamasında Azərbaycan-İran Hökumətlərarası Komissiyasının iclasında ikitərəfli əlaqələrin geniş spektrinin müzakirə olunacağını bildirib: “Yığıncaqda İranla Azərbaycan arasında sərhəd məsələləri, o cümlədən Culfa sərhəd-keçid məntəqəsində inşa olunmuş yeni körpünün istifadəyə verilməsi məsələsi də müzakirə olunacaq. Müzakirələrin sonunda iki ölkənin müvafiq qurumları arasında anlaşma memorandumunun imzalanması da gözlənilir”.

Xatırladaq ki, bu il noyabrın ortalarından İran tərəfi Culfa sərhəd-keçid məntəqəsində Araz çayının üzərindəki körpünün köhnə olması ilə əlaqədər ümumi çəkisi 30 tondan artıq olan yük maşınlarının gediş-gəlişinə icazə vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR