Azərbaycanda hərbi məzunların buraxılış mərasimi keçiriləcək

Azərbaycanda hərbi məzunların buraxılış mərasimi keçiriləcək
# 21 iyun 2014 09:15 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İyunun 24-də Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycanın hərbi tədris müəssisələrinin məzunlarının buraxılışı olacaq.

APA-nın məlumatına görə, məzun buraxılışında hər il olduğu kimi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin və Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları iştirak edəcəklər.

Məzunların valideynlərinin, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi buraxılış mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən təhsildə fərqlənən məzunlara diplomlar təqdim olunacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR