III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin yarımfinalı keçirilib - FOTOSESSİYA

III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin yarımfinalı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 16 aprel 2014 10:21 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Aprelin 16-da Heydər Əliyev Sarayında Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən reallaşdırılan III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 22 təhsil müəssisəsinin qatıldığı yarışda 14 ifaçı finala vəsiqə qazanıb.

Mədəniyyət, incəsənət xadimləri və musiqiçilərdən ibarət münsiflər heyətinin qərarını açıqlayan əməkdar artist Tünzalə Ağayeva və ATGTİ sədri Şahin İsmayılov aprelin 21-də keçirilək III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin finalında birincilik uğrunda mübarizə aparacaq finalçıları elan ediblər.

“ADA” Universiteti Günay Bədəlova, Azərbaycan Kooperasiya Universiteti Üzeyir Quliyev, “Xəzər” Universiteti Musa Abdullayev, Naxçıvan Dövlət Universiteti (qrup) Li Cin, Samson Odigiye, Olubayo Cozef Onanuqa, Ece Fatoş, Milli Aviasiya Akademiyası Ülkər Cəfərli, Bakı Dövlət Universiteti Əlihüseyn Quluzadə, “Odlar Yurdu” Universiteti (qrup) Elvin Əlləzov, Xumar Cavadova, Səid Təhməzov, Arzu İsmayılova, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Aytəkin Bədəlova, Azərbaycan Tibb Universiteti Şamxal Məcidov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Orxan Nərimanzadə, “Elm və Təhsil Mərkəzi” Təfəkkür Universiteti Taleh Bədirxanov, Bakı Slavyan Universiteti Kəmalə Novruzova, Azərbaycan Dövlət Neft Akademiyası “Old Academy” qrupu və Bakı Dövlət Sosial-İqtisadi Kolleci Mərdan Kazımov finalda qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Qalib mayda Bakıda keçiriləcək II Beynəlxalq “Univision” Tələbə Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR