“Qarabağ” klubunun Çempionlar Liqasında ilk rəqibi müəyyənləşib

“Qarabağ” klubunun Çempionlar Liqasında ilk rəqibi müəyyənləşib
# 23 iyun 2014 12:32 (UTC +04:00)

Bakı – APA. Bu gün Çempionlar Liqasının 2014/15 mövsümünün ilk 2 təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Avropanın 37 ölkəsinin çempionlarının rəqibləri müəyyənləşib.

Bakı vaxtı ilə saat 15:00-da başlayan mərasimdə Azərbaycanın ən yaxşısı “Qarabağ” da öz rəqibinin adını bilib. II təsnifat mərhələsindən mübarizəyə qatılacaq Topaz Premyer Liqasının son qalibi qitənin ən mötəbər klub turnirində debüt matçına Maltada çıxacaq. Qurban Qurbanovun yetirmələri mərhələ adlamaq üçün “Valletta” ilə üz-üzə gələcək.

Qeyd edək ki, ən aşağı reytinqli 6 komanda isə ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu mərhələnin 3 qalibi isə 31 kluba qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR