Güclü qar İranın 17 vilayətində həyatı iflic edib - FOTOSESSİYA

Güclü qar İranın 17 vilayətində həyatı iflic edib - <span style="color: red;">FOTOSESSİYA
# 13 dekabr 2013 10:10 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Son günlər İranda çovğunla müşayiət olunan güclü qar yağışı ölkənin 17 vilayətində həyatı iflic edib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, əlverişsiz hava şəraiti İranın Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi, İsfahan, Tehran, Mazandaran, Gilan, Çaharmahal və Bəxtiyari və digər vilayətlərdə 7 min nəfəri çətin vəziyyətdə qoyub.

İran Qızılaypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan bildirib ki, hazırda 164 əməliyyat komandası təşkil edilib: “725 xilasedicimiz indiyədək qar və çovğunda qalmış 1725 avtomobili və 6600 nəfəri xilas edib. Bundan əlavə, indiyədək 35 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya qaldırılıb. Onlardan 5-i ambulator müayinə edilərək evə buraxılıb. Xəstəxanaya qaldırılanlar arasında 10 hamilə qadın da var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR