BMT-nin və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın birgə missiyasının əlaqələndiricisi Rusiyaya səfər edəcək

BMT-nin və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın birgə missiyasının əlaqələndiricisi Rusiyaya səfər edəcək
# 31 oktyabr 2013 07:19 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. BMT-nin və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın birgə missiyasının əlaqələndiricisi Siqrid Kaaq Rusiyaya səfər edəcək. APA-nın xəbərinə görə, BMT-nin mətbuat katibi Martin Nesirki bildirib ki, S. Kaaq noyabrın 1-də Moskvaya gedərək Suriyanın kimyəvi silahlarının məhvi ilə bağlı müzakirə aparacaq. Gələn həftə isə o, missiyanın işi barədə Təhlükəsizlik Şurasına hesabat verəcək.

Qeyd edək ki, S. Kaaq oktyabrın 16-da bu vəzifəyə təyin olunub. Onun ofisi Kiprdə yerləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR