MSK İlqar Məmmədovun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib

MSK İlqar Məmmədovun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib
# 27 avqust 2013 13:29 (UTC +04:00)

APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova MSK-nın bu gün keçirilən iclasında deyib ki, İ. Məmmədovun namizədliyinin qeydə alınması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.

İclasda o da bildirilib ki, “ReAL” hərəkatının sədri İlqar Eldar oğlu Məmmədovun öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

Yığıncaqda Xalid Zakir oğlu Bağırov İ. Məmmədovun səlahiyyətli nümayəndəsi kimi təsdiq olunub.

MSK bir daha tövsiyə edib ki, imzatoplama kampaniyası ilə bağlı məqamlar İ. Məmmədova şəxsən izah edilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR