Bakıda keçirilən “Dəyişən dünyada Cənubi Qafqaz” II Forumu panellərlə davam edib - FOTO

Bakıda keçirilən “Dəyişən dünyada Cənubi Qafqaz” II Forumu panellərlə davam edib - <span style="color: red;">FOTO
# 03 sentyabr 2013 10:43 (UTC +04:00)

APA-nın məlumatına görə, Forumun ikinci günü öz işinə Azərbaycan Diplomatik Akademiyasında “Cənubi Qafqazda uzun müddət davam edən münaqişələr: Mürəkkəb vəziyyətdən çıxış yolu” adlı panellə başlayıb. Panelin moderatoru SAM-ın direktor müavini Gülşən Paşayeva olub. Panelin məruzəçiləri arasında SAM-ın direktoru Fərhad Məmmədov, millət vəkili, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin və Kanada Kral Hərbi kollecinin siyasi elmlər departamentinin rəhbəri Pyer Yoliko olub.

Panelin qonaq məruzəçisi qismində Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarov çıxış edib.

Daha sonra forum öz işinə “Cənubi Qafqaz regionu Avropa ilə Asiyanın kəsişməsində” adlı panellə davam edib. Panelin moderatoru ADA-nın icraçı-prorektoru Fariz İsmayılzadə olub. Panelin məruzəçiləri SAM-ın İqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə şöbəsinin müdiri Vüsal Qasımlı, ADA-nın elmi işçisi, “Azərbaycan Mərkəzi Avrasiyanınn regional mərkəzi kimi” kitabının müəllifi Taleh Ziyadov, Korvinus Universitetinin professoru, Macarıstanın BMT-dəki keçmiş səfiri Andre Erdos, İlia Dövlət Universitetinin qonaq mühazirəçisi, “Türkiyənin İsrail və Azərbaycanla ittifaqı” kitabının müəllifi Aleksandr Murinson olub.

Forum iştirakçılar üçün təşkil olunmuş İçəri şəhər və Müasir İncəsənət Muzeyi turu ilə davam edib.

Daha sonra qonaqların şərəfinə ziyafət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR