Əfqanıstanın cənubunda törədilən partlayış nəticəsində 13 nəfər ölüb

Əfqanıstanın cənubunda törədilən partlayış nəticəsində 13 nəfər ölüb
# 07 aprel 2014 21:41 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın cənubunda, Gəndəhar əyalətində yük avtomobilinin partladılması nəticəsində ən azı 13 nəfər ölüb.

APA-nın BBC News-a istinadən verdiyi məlumata görə, hadisə zamanı uşaqlar daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

Terror aktı Əfqanıstanda keçirilən prezident seçkilərindən iki gün sonra baş verib. Xatırladaq ki, seçkilərdə 7 milyona yaxın Əfqanıstan vətəndaşı səs vermə hüququndan istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR