Bakıda Təhsil və Maliyyə nazirliklərinin təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

 Bakıda Təhsil və Maliyyə nazirliklərinin təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 27 iyun 2014 07:43 (UTC +04:00)

APA-nın xəbərinə görə, tədbirin əsas məqsədi ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiqi, adambaşına maliyyələşməyə keçid, ali məktəblərin maliyyə təsərrüfat fəaliyyətinin optimallaşdırılması yollarını müzakirə etməkdən ibarət olub.


Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, ali məktəblərin rektorları və digər qonaqlar iştirak ediblər.

Maliyyə naziri Samir Şərifov informasiya texnologiyalarının, təhsil sektorunun idarə olunması sisteminə inteqrasiyasının mütərəqqi hal olduğunu qeyd edərək bildirib ki, yeni sistem ali təhsil müəssisələrinin gəlirlərinin artırılması imkanlarına daha səmərəli yanaşmağı, səmərəli büdcə planlanması sisteminə keçidi təmin edəcək.

Təhsil naziri Mikayıl Cabbarov ölkənin ali sistemində yeni maliyyələşdirmə sisteminin tətbiq olunduğunu və bunun da yeni maliyyə idarəetmə mexanizmini formalaşdırdığını qeyd edib. Nazir yeni təqdim olunan FARABİ sisteminin ali təhsil müəssisələrinin maliyyə və mühasibat hesabatlılığının milli və beynəlxalq və beynəlxalq standartlar səviyyəsində tam şəkildə avtomatlaşdırmağa, maliyyə-idarəetmə imkanlarını genişləndirməyə, eləcə də insan resurslarının idarə olunmasında bir sıra əlavə modulların tətbiqinə imkan verəcəyini bildirib.

Onun sözlərinə görə, bu sistemin tətbiqi ali təhsil müəssisələrində elektron-maliyyə hesabatlılığının artmasına, insan resurslarının effektiv idarə olunması və təhsildə elektron idarəetmə sisteminin əsaslı şəkildə formalaşmasına zəmin yaradacaq.

Sonra qapalı şəkildə keçən iclasda müzakirələr aparılıb, ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri qeyd olunan məsələlər haqqında fikirlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR