Azərbaycanda ən çox qar Altıağacda qeydə alınıb

Azərbaycanda ən çox qar Altıağacda qeydə alınıb
# 22 mart 2014 09:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan faktiki hava ilə bağlı məlumat açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya açıqlamasında deyib ki, gözlənildiyi kimi, martın 21-i gündüzdən martın 22-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, güclü küləkli, yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Altıağacda 16 sm, Quba rayonun dağlıq ərazilərində 2-8 sm, Mərəzədə 2 sm, Lerikin Rvarud ərazisində 1 sm olub.

A.Verdiyev qeyd edib ki, rayonlarda şimal-qərb küləyi müşahidə olunub: “Ən çox küləyin sürəti Naftalanda, Gəncədə, Şəmkirdə, Tərtərdə, Ağstafada, Tovuzda, Bərdədə, Mingəçevirdə müşahidə olunub. Bu ərazilərdə şimal-qərb küləyi əsib və arabir güclənib. Bakıda və Abşeron yarımadasında da arabir güclənən şimal-qərb küləyi müşahidə olunub. Belə küləklər əvvəllər də müşahidə olunub və bu təbiidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR