Füzulidəki köçkün qəsəbəsinə təbii qaz verilib - VİDEO

Füzulidəki köçkün qəsəbəsinə təbii qaz verilib - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2013 16:54 (UTC +04:00)

Füzuli. Teymur Zahidoğlu - APA. Füzuli rayonunun Zovcuq-1 köçkün qəsəbəsinə təbii qaz verilib. Rayon Qaz İstismar İdarəsinin rəisi Kamil İsayev APA-nın Qarabağ bürosuna bildirib ki, hazırda Zovcuq 2 köçkün qəsəbəsində daxili qaz xətlərinin çəkilişi davam edir. Sentyabrın sonuna qədər qəsəbənin tam qazlaşdırılması nəzərdə tutulur.

İdarə rəisinin sözlərinə görə, bu gün rayonun 20 yaşayış məntəqəsində 6900 abonent təbbi qazdan fasiləsiz istifadə edə bilir. Oktyabr ayında isə Zovcuq-3, Zovcuq-4 və Zovcuq-5 qəsəbələrinin qazlaşdırılması nəzərdə tutulur. Rayonun ən böyük yaşayış məntəqələrindən olan 11 qəsəbədən ibarət “Qayıdış” yaşayış massivinə daşıyıcı kəmərlər çəkilib. Bu yaşayış məntəqələrindən birində də daxili xətlərin qurulmasına start verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR