Həbsdə olan AXCP Gənclər Təşkilatının üzvü Daşqın Məlikov partiyadan çıxması barədə bəyanat yayıb

Həbsdə olan AXCP Gənclər Təşkilatının üzvü Daşqın Məlikov partiyadan çıxması barədə bəyanat yayıb
# 03 oktyabr 2013 12:08 (UTC +04:00)

APA-nın məlumatına görə, D. Məlikov müraciətində bildirib: “Yazıb sizə bildirirəm ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüyəm (Gənclər Təşkilatının), bu gündən məni partiyanızın üzvlüyündən çıxartmağa göstəriş verəsiniz. Əlavə olaraq, bildirmək istəyirəm ki, “Azadlıq” qəzetindən fotoşəklimi çıxarasız və vicdan məhbusu adlandırmayasız. Bu mənim öz istəyimdir”.

D. Məlikov bəyanat da yayıb. Bəyanatda deyilir: “Mən Məlikov Daşqın Əlisəfa oğlu. 18.02.1991-cü il təvəllüdlü. Sumqayıt şəhər 10-cu mikrorayon ev 41, mənzil 2 qeydiyyatdayam. AXCP Gənclər Təşkilatının üzvüyəm. Partiyamızın sədri Əli Kərimlidir. Bugünkü gün respublikamızda gedən inkişafı görürəm. Cənab prezident İlham Əliyevin siyasətini görürəm, dəstəkləyirəm, bəyənirəm, ona görə də xahiş edirəm ki, mənim müxalifyönlü AXCP-dən çıxarasınız. “Azadlıq” qəzetində olan fotoşəklimi ordan çıxarasınız və partiyanın, yəni AXCP-nin digər üzvlərinə bildirmək istəyirəm ki, bu mənim öz fikrimdi. Qarşıdan gələn prezident seçkilərində də Əliyev İlham Heydər oğlunu dəstəkləyəcəyəm. İmza Məlikov Daşqın Əlisəfa oğlu. 01.10.2013”.

Qeyd edək ki, D. Məlikov bu il iyulun 3-də Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik vasitələrin saxlanması) maddəsi ilə təqsirli bilinir.

D. Məlikov oxşar müraciəti KİV-ə və Mətbuat Şurasına da ünvanlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR