Barak Obama yaxın vaxtda Suriya ilə bağlı bəyanatla çıxış edəcək

Barak Obama yaxın vaxtda Suriya ilə bağlı bəyanatla çıxış edəcək
# 31 avqust 2013 19:24 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters”ə Ağ Evin nümayəndəsi bildirib.

Ağ Evin nümayəndəsi bildirib ki, Obama xalqa hərbi əməliyyatlarla bağlı müraciət etməyəcək.

Qeyd edək ki, Suriyada vəziyyət avqustun 21-də kritik mərhələyə keçib. Belə ki, məhz həmin gün bir sıra KİV-lər hökumət qüvvələrinin Dəməşq ətrafında kimyəvi silahdan istifadə etməsi barədə məlumatlar yayıb. Suriya müxalifətinin milli koalisiyası 1300-dən çox insanın öldüyünü iddia edir. Hakimiyyət və ordu komandanlığı, öz növbəsində, bu xəbərləri təkzib edir. Məhz bu hadisədən sonra Suriyaya hərbi müdaxilə məsələsi Qərbdə gündəmə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR