«Expressbank» nizamnamə kapitalını artırır

«Expressbank» nizamnamə kapitalını artırır
# 17 iyul 2013 13:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Expressbank» ASC-nin hər birinin nominal dəyəri 301,70 manat olan 372 282 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1005005405 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.

Yerləşdirmə «Expressbank»ın hər birinin nominal dəyəri 273,2 manat olan 372 282 ədəd adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmədən sonra bankın nizamnamə kapitalı 10,4% artaraq 112 317 479,4 manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR