Rusiyanın REN TV telekanalının müxbiri Kiyevdə işıq-səs qumbarasının partlaması nəticəsində yaralanıb

Rusiyanın REN TV telekanalının müxbiri Kiyevdə işıq-səs qumbarasının partlaması nəticəsində yaralanıb
# 21 yanvar 2014 08:08 (UTC +04:00)

Bakı – APA. Rusiyanın REN TV telekanalının müxbiri Stanislav Qriqoryev Kiyevdə işıq-səs qumbarasının partlaması nəticəsində xəsarət alıb.

APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, S. Qriqoryev ayaq sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

“Novosti 24” proqramının müxbirinin Kiyevin mərkəzində reportaj hazırlayarkən ayağının altına işıq-səs qumbarası partlayıb.

“Düşünürəm ki, bu, döyüş qumbarası olsaydı, ayağımı yerindən qoparacaqdı”, - deyə S. Qriqoryev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR