Madriddə hökumətin istefası tələbi ilə izdihamlı aksiya keçirilib

Madriddə hökumətin istefası tələbi ilə izdihamlı aksiya keçirilib
# 31 iyul 2013 04:54 (UTC +04:00)

Bakı-APA. İspaniyanın paytaxtı Madridin mərkəzi meydanında ötən gün hökumətin istefası tələbi ilə izdihamlı etiraz aksiyası keçirilib.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, “Birləşmiş solçular” koalisiyası, ekoloji və sosial təşkilatlar tərəfindən təşkil olunan aksiyanın iştirakçıları hakim Xalq partiyasında yol verilmiş ciddi maliyyə pozuntuları və sui-istifadə hallarına etiraz bildiriblər. Maliyyə pozuntuları keçmiş xəzinədar Luis Barsenasın dindirilməsi zamanı üzə çıxıb.

Qeyd edək ki, 2 gün sonra parlamentdə keçiriləcək dinləmələr zamanı baş nazir Mariano Rahoy Barsenasın istintaqa açıqladığı müxtəlif şirkətlər tərəfindən Xalq partiyasına verilən ianələrin mənşəyini və partiya rəhbərlərinə qeyri rəsmi ödəmələrin edilməsini izah etməli olacaq.

Madridin mərkəzi meydanında keçirilən aksiya dəmir yolu qəzasında ölən 79 nəfərin bir dəqiqəlik sükutla anılması ilə başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR