2016-2019-cu illərdə Xəbər Agentliklərinin Dünya Konqresinə “AzərTAc” sədrlik edəcək

2016-2019-cu illərdə Xəbər Agentliklərinin Dünya Konqresinə “AzərTAc” sədrlik edəcək
# 20 noyabr 2013 17:07 (UTC +04:00)

Bakı – APA. 2016-2019-cu illərdə Xəbər Agentliklərinin Dünya Konqresinə “AzərTAc” sədrlik edəcək. APA-nın xəbərinə görə, bu barədə qərar noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, “SKY Nyus Arabia”, “Los-Anceles Tayms”, “Guardian”, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri Xəbər Agentliklərinin IV Konqresində qəbul olunub.


Xəbər Agentliklərinin V Dünya Konqresinə 2016-cı ildə Azərbaycan ev sahibliyi edəcək. Bu tədbir zamanı Xəbər Agentliklərinin Dünya Konqresinə 2016-2019-cu illər üçün sədrlik “AzərTAc”a keçəcək.

Xəbər Agentliklərinin birinci Dünya Konqresi 2004-cü ildə Rusiyanın Moskva, ikincisi 2007-ci ildə İspaniyanın Estepona, üçüncüsü Argentinanın Buenos-Ayres şəhərlərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR