Azərbaycanda tikinti şirkətindən xeyli miqdarda pul oğurlayan şəxs tutulub

Azərbaycanda tikinti şirkətindən xeyli miqdarda pul oğurlayan şəxs tutulub
# 29 noyabr 2013 09:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda tikinti şirkətindən xeyli miqdarda pul oğurlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən avtomobil qaçırdığına görə tutulmuş Fariz Abdullayevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Xınıslı kənd sakini Amil Salahovla birgə mayın 5-də rayon ərazisində yerləşən “Todini Construction General S.P.A.” yol-tikinti şirkətinə məxsus ofisdən seyflərin kilidini sındırmaq yolu ilə 4746 manat, 400 avro pul və 1 ədəd mobil telefon oğurlamaları da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR