«PAŞA Həyat» sığorta şirkəti həyatın yaşam sığortası üzrə on-line müraciət xidmətini istifadəyə verib

«PAŞA Həyat» sığorta şirkəti həyatın yaşam sığortası üzrə on-line müraciət xidmətini istifadəyə verib
# 08 noyabr 2013 13:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat Sığorta» ASC müştərilərin rahatlığı məqsədilə rəsmi veb-səhifəsində (www.pasha-life.az) həyatın yaşam sığortası növü üzrə on-line müraciət bölməsini yaradıb.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, potensial müştərilər həyatın yaşam sığortası növü üzrə on-line müraciət bölməsində xüsusi xanalara müəyyən məbləği daxil etməklə öz sığorta haqları və sığorta məbləğlərini on-line hesablamaq imkanı əldə edirlər. Hesablamanın nəticəsi olaraq, müştəri bu məhsula qoşulmaqla bağlı şirkətə sorğu da göndərə bilər. Göndərilən sorğu müvafiq qiymətləndirmədən keçdikdən sonra şirkət əməkdaşı sorğu göndərənlə əlaqə saxlayır və müştəri ilə müvafiq sığorta müqaviləsi bağlanılır.

Qeyd edək ki, «PAŞA Həyat»ın rəsmi veb-səhifəsində belə xidmətin yaradılmasında əsas məqsəd əhalini sözügedən məhsul barəsində maarifləndirməklə yanaşı, eyni zamanda müştərilərin vaxtlarına qənaət etməklə məhsuldan yararlanmağın əlçatanlığını tez bir zamanda təmin etməkdir.

Xatırladaq ki, «Həyatın yaşam sığortası» sığorta olunanın sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın vəfat etdiyi, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta məhsuludur.

«PAŞA Holding»in üzvü olan «PAŞA Həyat Sığorta» ASC 2011-ci il fevral ayınla fəaliyyətə başlayıb. Bu ilin yanvar-sentyabr ayları ərzində şirkət yığımların (24,498 mln. manat), həmçinin nizamnamə kapitalının (22,500 mln. manat) həcminə görə Azərbaycan həyat sığortası bazarının lideridir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, hətta sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR