Bakıda "XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri" mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Bakıda "XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri" mövzusunda beynəlxalq elmi konfrans keçirilir
# 06 dekabr 2013 09:53 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan Tarix Qurumu İctimai Birliyinin iştirakı ilə "XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri" mövzusunda beynəlxalq elmi konfrans keçirib.

APA-nın məlumatına görə, Azərbaycanı iki yerə parçalamış Gülüstan müqaviləsinin 200 illiyinə həsr edilmiş konfransda 8 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, ABŞ, İran (Təbriz) və Albaniya) 80-ə yaxın alim iştirak edib.

Konfransı institutun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov açıb və geniş məruzə ilə çıxış edib.

Daha sonra AMEA Tarix İnstitutunun şöbə müdiri Tofiq Mustafazadənin "1813-cü il Gülüstan müqaviləsinə aparan yollar: müqavilənin hüquq və tarixi nəticələri", İstanbul Universitetinin professoru Xəlil Balın "Osmanlı dövləti ilə Rusiya arasında bağlanan Ədirnə anlaşması və Qafqaza dair məsələlər", Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliyanın XIX əsrin ilk yarısında Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə" və Tarix İnstitutunun şöbə müdiri Kərim Şükürovun "Qafqaz müharibələri və Rusiya imperiyasının regionda ərazi və əhalinin artım dinamikası"adlı məruzələri dinlənilib.

Konfransda həmçinin Türkiyə Cümhuriyyət Atatürk Araşdırma Mərkəzinin sədr müavini prof. dr. Nihat Böyükbaş və Türkiyə Cümhuriyyəti Başbakanlıq Arxivləri Baş müdir yardımçısı dos. dr. Mustafa Budak da iştirak edib. Onlar konfransın işinə uğurlar arzulayıblar.

Qeyd edək ki, konfrans işini dekabrın 7-də bitirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR