BAXCP sədri Asiya parlamentariləri və İtaliyadan gəlmiş müşahidə missiyasının üzvləri ilə görüşüb

BAXCP sədri Asiya parlamentariləri və İtaliyadan gəlmiş müşahidə missiyasının üzvləri ilə görüşüb
# 08 oktyabr 2013 12:11 (UTC +04:00)

Bakı – APA. Bu gün prezidentliyə namizədlər Asiya ölkələri Parlament Assambleyasının təmsilçiləri ilə görüşüblər.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyanın sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev bildirib ki, bir saatdan çox davam edən görüşdə seçkiqabağı vəziyyət, Dağlıq Qarabağ problemi, region dövlətləri arasındakı münasibətlər və bu münasibətlərin inkişafına mane olan amillər və digər məsələlər ətrafında müzakirələr aparılıb.

BAXCP sədri İtaliyadan gəlmiş müşahidə missiyasının üzvləri ilə də görüşüb.

Q. Həsənquliyevin sözlərinə görə, görüşdə seçkiqabağı vəziyyət, Dağlıq Qarabağ problemi, BAXCP-nin seçki platformasında yer alan əsas prinsiplər və digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR