Moskvada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 22-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib - FOTOSESSİYA

Moskvada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 22-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 18 oktyabr 2013 11:21 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın “Avropa” mərasim zalında keçirilən mərasim Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunub.

1000 nəfərə yaxın qonağın qatıldığı mərasimdə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin, Rusiya Dövlət Dumasının deputatları Vyaçeslav Nikonov, Aleksey Mirtofanov, Leonid Slutski, Rusiya prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Xarici İşlər Nazirliyinin məsul vəzifəli əməkdaşları, universitet rektorları, xarici ölkələrin Rusiyada akkreditə olunmuş səfirləri, hər iki ölkənin ictimai xadimləri, Azərbaycanın Rusiyadakı diplomatik korpusu və diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında xalqımızın ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa etməsini mühüm tarixi hadisə kimi qiymətləndirib. O, müstəqilliyimizin möhkəmlənməsində və milli dövlət quruculuğu prosesində Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayaraq, bu böyük şəxsiyyətin rəhbərliyi altında Azərbaycanın tarixi nailiyyətlərə imza atdığını söyləyib.

Mərasimdə çıxış edən Rusiya Dövlət Dumasının deputatı, MDB məsələləri üzrə komitəsinin sədri Leonid Slutski Azərbaycan xalqını Müstəqillik günü münasibətilə təbrik edərək, ölkələrimiz arasında davam edən siyasi əməkdaşlığın, o cümlədən parlamentlərarası, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Qədim və zəngin tarixi keçmişə malik olan ölkəmizin müstəqilliyinin tarixinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyən Dövlət Dumasının deputatı Azərbaycan xalqının azadlıq uğrunda ağır mübarizə edərək yenidən bərpa etdiyi müstəqilliyin əbədi olacağına əmin olduğunu bildirib.

Rusiya prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da çıxışında Azərbaycan-Rusiya dostluq və qardaşlıq əlaqələrindən danışıb. Bu günün əlamətdar olduğunu vurğulayan M.Şvıdkoy iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əmin olduğunu söyləyib.

Təntənəli mərasimdə Azərbaycanın xalq artisti Faiq Ağayev, müğənni Natəvan Həbibi, Rusiyanın xalq artisti Lev Leşşenko musiqi nömrələri ilə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR