Sabah Bakının Xətai rayonuna suyun verilməsində məhdudiyyətlər olacaq

Sabah Bakının Xətai rayonuna suyun verilməsində məhdudiyyətlər olacaq
# 05 noyabr 2013 13:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Bakının Xətai rayonunda su olmayacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu Mingəçevir küçəsindən keçən və uzun müddətdir istismarda olan 500 mm diametrli magistral su xətti yenisi ilə əvəz olunub.

Yeni xəttin şəbəkəyə qoşulması ilə əlaqədar sabah noyabrın 6-da gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR