Vladimir Putin: “Ukrayna Kiyevdəki aksiyalara qədər Gömrük İttifaqına maraq göstərib”

Vladimir Putin: “Ukrayna Kiyevdəki aksiyalara qədər Gömrük İttifaqına maraq göstərib”
# 12 dekabr 2013 11:53 (UTC +04:00)

Sənəd daha sonra Rusiya, Belarus və Qazaxıstan parlamentlərinin təsdiqinə veriləcək. APA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasında çıxışında deyib. O bildirib ki, hazırda Qırğızıstan və Ermənistanın Gömrük İttifaqına qoşulması üçün işçi qruplar “yol xəritəsi” hazırlayır: “Əminəm ki, Avrasiya inteqrasiyasının real nailiyyətləri digər qonşularımızın, o cümlədən ukraynalı tərəfdaşlarımızın buna marağını yüksəldəcək”.

V. Putin qeyd edib ki, Ukrayna Kiyevdəki aksiyalara qədər Gömrük İttifaqının müxtəlif sazişlərinə qoşulmağa maraq göstərib: “Cari ilin mayından etibarən Ukrayna “üçlüyün” bütün görüşlərində, müzakirələrdə müşahidəçi qismində iştirak edir və dəfələrlə Gömrük İttifaqının ayrı-ayrı sazişlərinə marağını dilə gətirib. Mən çox ümid edirəm ki, Ukraynanın bütün siyasi qüvvələri xalqın maraqları naminə razılığa gələ biləcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR