Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi 18% artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi 18% artıb
# 30 dekabr 2013 11:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2% artaraq 694,8 mln. manata çatıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 47,7%-i hüquqi şəxs statuslu müəssisələrin, 52,3%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 19% artaraq 325,4 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR