Saatlıda evlərdən oğurluq edən şəxslər yaxalanıb - VİDEO

Saatlıda evlərdən oğurluq edən şəxslər yaxalanıb - <span style="color: red;">VİDEO
# 23 dekabr 2013 06:45 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. Saatlı rayonunda mənzillərdən oğurluq edən şəxslər polis tərəfindən saxlanılıb. Saatlı Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, oğrular müxtəlif vaxtlarda vətəndaşların mənzilindən qızıl-zinət əşyaları və nağd pul oğurlamaqda şübhəli bilinirlər.

Rayon Polis Şöbəsinə müxtəlif vaxtlarda mənzillərdən oğurluq edildiyi barədə müraciətlər daxil olub. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı mənzillərdən oğurluq etməkdə təqsirli bilinən iki nəfər şəxs saxlanılıb.

Saatlı sakini, 24 yaşlı Soltanov Sübhan qohumlarının mənzillərindən ümumi dəyəri 750 manat olan qızıl-zinət əşyaları oğurlayıb. O, başqa mənzildən 242 manat dəyərində ev əşyaları və 1000 manat oğurladığını da bildirib. S. Soltanov cinayəti ehtiyac ucbatında törətdiyini etiraf edib.

Digər saxlanılan şəxs, əvvəllər məhkum olmuş 23 yaşlı Elan Bayramov isə bu ilin aprel ayında saat 3.00 radələrində Saatlı şəhəri Oruc Rzayev küçəsi, 2 ünvanında yerləşən mənzildən ümumi dəyəri 1500 manat olan qızıl-zinət əşyaları oğurlayıb.

Həmin şəxslər barəsində cinayət işi başlanıb, onların digər cinayətlərdə əllərinin olub-olmadığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR