Azərbaycan və Macarıstan turizm əlaqələrindən narazıdır

Azərbaycan və Macarıstan turizm əlaqələrindən narazıdır
# 28 yanvar 2014 08:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycandan Macarıstana 1400 nəfər turist səfər edib. «APA-Economics»in xəbərinə görə, bu barədə bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının iclasında məlumat verilib.


Məlumata görə, 2014-cü ildə bu rəqəmin 26 min nəfərə çatdırılması nəzərdə tutulur. Macarıstandan Azərbaycana isə ötən il ərzində cəmi 1 500 nəfər turist təşrif buyurub.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd edib ki, iki ölkə arasında turizm əlaqələri rəsmi Bakını qane etmir və bu göstəricilərin artırılması mümkündür: «İki ölkənin turizm potensialı daha artıqdır. Güman edirik ki, Macarıstan tərəfi bu il ərzində bu rəqəmi heç olmasa Azərbaycanın ötən il qeydə aldığı rəqəmin 50%-nə çatdırmalıdır. Azərbaycan tərəfi bunun üçün əlindən gələni etməyə hazırdır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR