Prezident İlham Əliyev: “Heç bir dövlət Azərbaycanın daxili və xarici siyasətinə təsir edə bilməz”

Prezident İlham Əliyev: “Heç bir dövlət Azərbaycanın daxili və xarici siyasətinə təsir edə bilməz”
# 12 may 2014 09:25 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, F. Olland Bakıya səfərinin heç bir ölkəyə qarşı yönəlmədiyini bildirib.

O, hər bir ölkənin öz mövqeyini azad şəkildə bəyan etməsini istədiyini vurğulayıb: “Biz Azərbaycanın hər hansı ölkə ilə əməkdaşlığına qarşı deyilik. Bəzi qıcıq doğuran məsələlər var, Dağlıq Qarabağ münaqişəsi də bu sıradadır. Gürcüstanda da belə problemlər var”.

Prezident İlham Əliyev isə Azərbaycanla Avropa Birliyi arasında gözəl dialoqun olduğunu bildirib: “Avropa Birliyi ilə siyasi-iqtisadi əlaqələrimiz var. Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı irəli sürdüyü layihələr Avropa Birliyi tərəfindən dəstəklənir. Daxili və xarici siyasətlə bağlı addımlarımıza heç bir kənar dövlət təsir edə bilməz. Azərbaycan müstəqil siyasət yürüdür. Biz siyasi və iqtisadi islahatlar aparırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR