Serj Sarkisyan: “Ermənistan türk cəmiyyətinə düşmən kimi baxmır”

Serj Sarkisyan: “Ermənistan türk cəmiyyətinə düşmən kimi baxmır”
# 23 aprel 2014 21:11 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan aprel ayının 24-də qondarma "erməni soyqırımı" ilə əlaqədar çıxışında bəyan edib.

“Ermənilər o ağır günlərdə qonşularına və dostlarına kömək əllərini uzadan, talançıların caynağından erməni uşaqlarını xilas edən türkləri, türk ailələrini unutmurlar”, deyə Sarkisyan bildirib.

Qeyd edək ki, aprelin 23-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin növbəti ildönümü münasibətilə yazılı açıqlama ilə çıxış edərək əsrin əvvəllərində ölən ermənilərin nəvələrinə başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR