Malta parlamentinin spikeri: “Azərbaycanda seçki prosesində demokratik prinsiplərə əməl olunduğunun şahidi oldum”

Malta parlamentinin spikeri: “Azərbaycanda seçki prosesində demokratik prinsiplərə əməl olunduğunun şahidi oldum”
# 10 oktyabr 2013 15:30 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Malta Respublikası Nümayəndələr Palatasının sədri Anqlu Farucanı qəbul edib. MM-dən APA-ya verilən məlumata görə, görüşdə spiker Seçki Müşahidəsi üzrə Avropa Akademiyasının xətti ilə prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana gələn A. Farucaya təşəkkürünü bildirib: “Siz də azərbaycanlı vətəndaşların seçkidə aktiv iştirakının şahidi oldunuz. Artıq Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələr göstərdi ki, cənab İlham Əliyev üçüncü dəfə prezident seçilib. Bu seçim Azərbaycan xalqının iradəsinin göstəricisi idi”.

A. Faruca əvvəlcə Azərbaycan-Malta əlaqələrindən söz açaraq bildirib ki, Malta hər zaman Azərbaycana yaxın ölkə olub: “Biz düşünürük ki, Azərbaycan demokratiya yolunda çox sürətlə irəliləyən bir ölkədir. Mən hər dəfə Azərbaycanda demokratik prinsiplərə necə əməl olunduğunu izləmişəm. Budəfəki seçki prosesində bir daha buna şahidlik etdim. Biz səhər saatlarından axşamadək Şamaxı rayonunda yerləşən məntəqələrdə müşahidələr aparmışıq. İnsanlar tam sərbəst şəkildə məntəqələrə daxil olub, müstəqil səs verdilər. Bu çox vacibdir. Orada ATƏT, Rusiya və ABŞ nümayəndələri ilə birgə müşahidələrimizi müzakirə etdik. Hamımız belə nəticəyə gəldik ki, seçkilər tam ədalətli, demokratik və şəffaf keçirildi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR