Zaqatalada bıçaqlanma hadisəsi olub - VİDEO

Zaqatalada bıçaqlanma hadisəsi olub - <span style="color: red;">VİDEO
# 29 oktyabr 2013 05:20 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada bıçaqlanma hadisəsi qeydə alınıb. Zaqatala Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə saat 01.40 radələrində Zaqatala şəhəri, Nizami 2 ünvanında yaşayan 1981-ci il təvəllüdlü Hacıyev Rəhman Xalid oğlu döş qəfəsinin sağ tərəfinin onuncu qabırğası nahiyyəsindən kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya gətirilib.

Əməliyyatdan sonra R.Hacıyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onu vəziyyəti orta-ağır hesab olunur.

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya bildiriblər ki, faktla bağlı cinayət işi açılıb. Polis R.Hacıyevi bıçaqlayan şəxsi axtarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR