Həbsdə olan baş redaktorun və digərlərinin işindən Ali Məhkəməyə müraciət olunub

Həbsdə olan baş redaktorun və digərlərinin işindən Ali Məhkəməyə müraciət olunub
# 10 fevral 2014 14:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda etiraz çağırışları etməkdə təqsirləndirilən “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyev və digərlərinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən N.Əliyevin vəkili Yalçın İmanov çıxış edərək bildirib ki, onların ilkin baxış iclasında məhkəmənin istintaqla aparılması barədə verdikləri vəsatət təmin edilmədiyindən, qərardan kasasiya şikayəti veriblər. Bunun üçün məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əliyev 10 il, digər təqsirləndirilən şəxslər isə 9 ildən 4 ilə qədər azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR